Şou-biznes

"Maral-maral" mahnısına rəqib gəldi: "Ay Cemo - ay Cəmilə" - VİDEO - FOTOSESSİYA

12 Avqust 2013 14:38
25 Şərh     Baxış: 8 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toylarımızın yeni hiti üzə çıxdı.

Milli.Az xəbər verir ki, "Toylar kralı" Manaf Ağayev "Ay Cemo - ay Cəmilə" adlı türk mahnısını repertuarına daxil edib.

İllər öncə sevilən bəstənin sözlərini Azərbaycan dilinə tərcümə etdirən Manaf deyir ki, bu mahnı toylarda ən çox səsləndirilən mahnıları kölgədə qoyacaq:

"Mahnını studiyada yazdırarkən bildirdim ki, bu, hit olacaq. Qoy həmkarlarım məndən inciməsinlər, toylarda ancaq "Ay Cemo-ay Cəmilə" eşidiləcək, buna əminəm".
 
Qeyd edək ki, internetdə sürətlə yayılmaqda olan bu mahnının Nadir Qafarzadənin ifasında sevilən "Maral-maral"a rəqib olduğunu söyləyənlərin sayı yetərincədir.

"Ay Cemo - ay Cəmilə"nin mərhum müğənni Azər Bülbülün yazdığı "Maral-maral"ı nə zaman üstələyəcəyini zaman özü göstərəcək.

Hit üzə çıxaran Manaf Ağayev Qış bulvarında fotosessiyada da etdirib.
 
Milli.Az "Ay Cemo - ay Cəmilə" mahnısını və fotoqraf Emil Abdullayevin çəkdiyi şəkilləri oxucularına təqdim edir.
 
Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.