Şou-biznes

Ölümlə hədələnən azərbaycanlı reper Rusiyaya qaçdı?

12 Avqust 2013 11:08
8 Şərh     Baxış: 1 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur reper Hüseyn Dəryanın Rüsiyaya qaçdığı deyilir.

Publika.Az-ın əldə etdiyi məlumata görə, sənətçi "Olum, ya ölüm" adlı repinə görə bəzi dindarlar tərəfindən hədələnib. Ölümlə təhdid olunan reper Rusiyaya qaçmaq məcburiyyətində qalıb.

Reperin prodüseri Asiman Baxşəliyev həqiqətən də Hüseyn Dəryanın hədələndiyini bildirdi:

"Dəfələrlə Hüseynin telefonuna gizli nömrələrdən zənglər edilir, "Olum, ya ölüm" adlı repini "Youtube"dan yığışdırılması tələb olunur. Əks halda həyatının təhlükə ilə üz-üzə qalacağı bildirilir. Amma reperin Rusiyaya səfəri heç də bununla bağlı deyildi. O, Rusiyada soydaşlarımızın birinin toy məclisinə dəvət almışdı, hazırda isə Bakıdadr".

O ki qaldı "Olum, ya ölüm"dən imtinaya, prodüser qətiyyən geri çəkilməyəcəklərini söylədi:

"Əslində bu dindarların yox, dinə zərbə vuran dindar qiyafəsində olan insanların əməlidir. Dərya deyir ki, lazım gələrsə, bu mövzuda bir rep də yazacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.