Şou-biznes

Azərbaycanın əməkdar artistinin evinə körpə gəlir

10 Avqust 2013 23:18
21 Şərh     Baxış: 12 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Allah-Təala bu sevincdən hər kəsə qismət eləsin!"


Milli.Az xəbər verir ki, avqustun 10-da Azərbaycanın əməkdar artisti, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü nənə olub.

Gecə ilə əməkdaşımızın təbrik zənginə cavab verən Gülbahar xanım sevincini oxucularımızla belə bölüşdü: "Oğlum Rusifin qızı Mərkəzi Gömrük Xəstəxanasında dünyaya göz açdı. İnanın, sevincimin həddi-hüdudu yoxdur.

Allah-Təala mənə cavan nənə olmağı qismət etdi. Oğlumla gəlinimin qızlarına verdikləri adı biləndə ikiqat sevindim.

Onlar ilk övladlarına mərhum anam Fəridə xanımın adını yaraşdırıblar. Bu əsl sürpriz oldu. Eşidən kimi sevincdən gözlərim doldu.

Nənə olmaq sözlə izah edilməyəcək qəribə bir hissdir. Allah bütün övlad həsrətində olan ailələrə bu sevincimizdən pay versin. Qoy bütün evlərdən daim şirin körpə səsi eşidilsin. Amin!"

Məlumat üçün bildirək körpənin boyu 50 sm, çəkisi 3 kq 400 qramdır.

Şahin Cavadsoy
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.