Şou-biznes

Namiq Qaraçuxurlunun saxlanılması ilə bağlı AÇIQLAMA

10 Avqust 2013 11:37
10 Şərh     Baxış: 6 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tanınmış meyxanaçı Namiq Qaraçuxurlunun polis orqanları tərəfindən saxlanılması məsələsinə Daxili İşlər Nazirliyindən açıqlama gəlib.

Milli.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya açıqlama verən Ehsan Zahidov bildirib ki, informasiya həqiqəti əks etdirmir: "Namiq Qaraçuxurlunun Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinədə 10 saat saxlanılması xəbəri doğru deyil. O, özü də bu barədə məlumatı təkzib edib".

Qeyd edək ki, dünən mətbuatda tanınmış meyxana ifaçısı Namiq Qaraçuxurlunun polis tərəfindən saxlanılması haqda informasiya yayılmışdı.

Meyxanaçı isə "Qafqazinfo"ya açıqlamasında yayılan informasiyanın kökündən yanlış olduğunu və ümumiyyətlə belə bir hadisənin baş vermədiyini bildirib:

"Mən bütün Ramazan ayı oruc tutmuşam. Bu gün də hamı kimi bayramı qeyd etməyə hazırlaşırdım. Səhər tezdən mənə saysız gələn zənglərin nəticəsində bu xəbərdən məlumatım olub. Ən azından belə gözəl gündə yalan xəbər yayılmamalıdır, ilk növbədə, bu günahdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.