Şou-biznes

Azərbaycanlı müğənnilər beynəlxalq festivalda xariciləri ovsunlayırlar

10 Avqust 2013 09:30
0 Şərh     Baxış: 2 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
 Onlar Macarıstandadırlar

Milli.Az xəbər verir ki, xalq və estrada mahnılarının ifaçısı kimi tanınan Zarina Məmmədova bir neçə gündür, vətəndən uzaq düşüb.

Müğənni əməkdaşımızla söhbəti zamanı Bakıda olmamasının səbəbini belə izah etdi: "Artıq 5 gündür ki, Macarıstanın paytaxtı Budapeşt şəhərindəyəm.

8-ci Beynəlxalq Folklor Festivalında Azərbaycanı təmsil etmək mənə və gənc müğənnilərimizdən olan Günay İmamverdiyevaya nəsib oldu.

Günlərdir çıxışlar edirik. Zəngin Azərbaycan musiqiləri Braziliya, Ukrayna, Serbiya və başqa dövlətlərdən qatılan iştirakçıları heyran edir, deyə bilərəm.

İnşallah, Bakıya avqustun 11-də qayıdacağıq. Festival haqqında bütün xəbərləri vətəndə olanda oxucularınızla bölüşəcəyik".


Şahin Cavadsoy

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.