Şou-biznes

Azərbaycanlı teleaparıcı arzuladığı oğlandan danışdı

18 İyul 2013 16:40
2 Şərh     Baxış: 1 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Space" telekanalında yayımlanan "Plyus-minus" verilişinin aparıcısı Günel Hümbətova xəyalındakı kişi obrazından danışıb.


O, Axşam.az saytına açıqlamasında yerli şou-biznesimizdə meyxanaçı Namiq Qaraçuxurlunu yaraşıqlı hesab etdiyini bildirib:
 

"Arzuladığım kişi obrazı Antonio Banderas kimidir. "Muhteşem yüzyıl" serialının Malkoçoğlusu - Burak Özciviti çox bəyənirəm. Onun üçün ürəyim gedir, çox yaraşıqlıdır. Amma bildiyimə görə sevgilisi var".

Günelşəxsi həyatından və yeni layihələrindən də söz açıb:

"Mənimlə evlənmək istəyən, elçi düşənlərim çoxdur. Hələ ki, ailə həyatı qurmaq haqqında fikirləşmirəm. İndi məni yalnız karyeram maraqlandırır. Yeni layihə hazırlayıram, qızlara həsr ediləcək veriliş olacaq. Əgər alınsa, sentyabrda təqdim edəcəm. Seriala çəkilmək də istəyirəm, maraqlı ssenari olsa, razılaşaram".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.