Şou-biznes

Azərbaycanlı müğənnidən "Həyat səhnə" - FOTO

18 İyul 2013 15:03
0 Şərh     Baxış: 1 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, yeniliklər vəd verir.

Milli.Az xəbər verir ki, müğənni Zarina Məmmədova isti yay günlərini istirahət etməklə yox, yaradıcılıqla məşğul olmaqla keçirir.

O, söz verdiyi albomu üzərində işləri tamamlamaqla məşğuldur. Zarinanın mətbuat katibinin yaydığı açıqlamaya görə içərisində 10 mahnının olacağı albom "Həyat səhnə" adlanacaq.


Albomda Pərviz Mahmudov, Aynur Adilqızı, Hakan Erol, Hacı Nazim, Rəhim Rəhimli kimi bəstəkarların mahnıları ilə yanaşı, müğənninin ifasında dinlədiyimiz bəzi musiqilərin remix versiyası da var.

Bununla yanaşı, albomda daha bir disk yer alacaq. İkinci diskə Zarinanın bu günə qədər çəkdirdiyi kliplər daxil olacaq.


Zarina albom üçün xüsusi fotosessiya da hazırlayır. Son tamamlama işləri başa çatdıqdan sonra ifaçı ən yaxın dostlarını və media nümayəndələrini başına toplayıb tədbir də təşkil edəcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.