Şou-biznes

Aygün Kazımova klipini təqdim edəcək

18 İyul 2013 13:09
4 Şərh     Baxış: 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımovanın dünyaca məşhur reper Snoop Doggla çəkildiyi "Coffee from Columbia" klipi rekord qırıb


Axşam.az-ın məlumatına görə, iki gün içərisində klipin "Youtube"da izlənmə sayı yüz mini ötüb.

Yeni klipi ilə bağlı təəssüratlarını "Onlar" verilişində bölüşən xalq artisti gələcək planlarından söz açıb:
 

"Çox xoşbəxtəm, gözlədiyim kimi maraqla qarşılandı. Bu, hələ ilk addımlardır. Qarşıda böyük, maraqlı layihələr var. Avqustun 14-də klipin və albomun böyük təqdimat mərasimini keçirəcəyik. 50 nəfərdən ibarət yaradıcı heyətlə birlikdə möhtəşəm gecə hazırlayırıq. Los-Ancelesdən qonaqlar gələcək. Səhnədə özəl rəqqasələrin müşayiəti ilə mahnılar ifa edəcəm. Bu layihələrlə mən heç vaxt əldə edə bilmədiyim arzularıma çatacam".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.