Şou-biznes

Xalq artisti prodüserindən danışdı: “Nigarla aramızda güclü mübahisələr olur"

18 İyul 2013 12:58
2 Şərh     Baxış: 949
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Zülfiyyə Xanbabayeva prodüseri Nigar Hacızadəyə tərif yağdırıb.


Axşam.az-ın məlumatına görə, sənətçi "Space" telekanalında yayımlanan "Plyus-minus" verilişinə açıqlamasında maraqlı etiraf edib:

"Nigarla aramızda güclü mübahisələr olur. Amma bu, aramızda küsülülük yaratmır. Bir-birimizin sözünü uda bilirik. Çünki iş zamanı söz-söhbətin olması normaldır. Onun əməyini itirmirəm. Etiraf edim ki, Nigar olmasaydı, mən də yox idim. İndiyədək bilməmişəm ki, konsertlərimdə maddiyat haradan gəldi, necə təşkil olundu. Hamısını Nigar həll edib. Prodüser müğənninin disk, çanta daşıyanı, qapı açanı deyil. O, sırf maliyyə işlərini etməlidir. Özümü Nigarsız təsəvvür etmirəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.