Şou-biznes

Azərbaycanlı müğənni saçları üçün Moskvaya getdi - FOTO

18 İyul 2013 11:10
0 Şərh     Baxış: 1 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Türkiyədən Moskvaya yola düşən müğənni Rəqsanənin səfəri qısa sürəcək.


"Qafqazinfo" xəbər verir ki, iyulun 25-də yenidən Türkiyəyə qayıdacaq sənətçi klip çəkilişləri ilə əlaqədar olaraq Bakı səfərini bu ay üçün təxirə salıb. Tanınmış rejissor Murat Kücüyün ekranlaşdıracağı klipdə Rəqsanə dəyişən obrazla görünəcək.

Moskvaya da saçlarını dəyişmək məqsədi və ailəsinə baş çəkmək üçün gedən sənətçi qayıdarkən özünə lazım olacaq ləvazimatları da Türkiyəyə daşıyacaq. R.İsmayılova Türkiyədə başladığı sənət karyerasının uğurla davam etməsi üçün hər bir detala diqqətlə yanaşdığını bildirib.

Onun Bakı səfəri isə avqusta nəzərdə tutulub. Sənətçi Ramazan ayında xeyriyyə tədbiri keçirmək niyyətlidir. Bunun ardınca qızı Aysunun möhtəşəm moda sərgisi başlayacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.