Şou-biznes

"Niyə tanınmış birini bu qədər təhqir edirlər?"

18 İyul 2013 10:35
0 Şərh     Baxış: 1 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Axşam.az-ın məlumatına görə, yeni ailə quran sənətçi "Onlar" verilişinə açıqlamasında şəxsi həyatından danışıb.
 

"Bütün günüm evdə keçir, yalnız həyat yoldaşım işdən gəldikdən sonra bir-iki saatlıq dəniz kənarında gəzirik. Məni tanıyanlar yaxınlaşır, gözəl sözlər deyirlər. Bu, sevindirici haldır", - deyə o bildirib.

Müğənni virtual dünyada onu narahat edən məqamlardan söz açıb:

"Sosial şəbəkədən tez-tez istifadə edirəm. Amma çox vaxt məni əsəbiləşdirirlər. Həyatda üzümə gülüb, mehriban olan insanlar başqa adla profil açaraq xoşagəlməz sözlər yazırlar. Onların kim olduqlarını biləndə heyrətə gəldim. Bu yaxınlarda aktrisa Tünzalə Əliyeva haqqında yazılan fikirlərə münasibətimi bildirdim. Səhifəmdə onun müdafiəsinə qalxmışdım. Kimin nə işinə qalıb bir insanın çəkisi? Niyə tanınmış birini bu qədər təhqir edirlər? Belə hallara dözə bilmirəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.