Şou-biznes

Aygünlə Brilliant barışır?

17 İyul 2013 19:46
2 Şərh     Baxış: 3 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aygünlə Brilliantı barışdıracaqlar

Müğənni Elton Hüseynəliyev küsülü xalq artistləri Aygün Kazımovayla Brilliant Dadaşovanı barışdıracaq.

Milli.Az-ın Axşam.az-a istinadən məlumatına görə, ifaçı bu barədə  "Onlar" verilişinə açıqlamasında bildirib.

"Biz müğənniyik, münsiflər heyəti deyilik. Bir-birimizin sənətinə, işinə fikir bildirməməliyik. Kimsə nəsə edirsə, ona Allah xeyir versin demək lazımdır. Çox istəyirəm ki, xalq artistlərimiz Aygün Kazımova ilə Brilliant Dadaşova barışsın. Aygün xanım Azərbaycanın adını dünyada tanıtmağa çalışır. Bu söz-söhbətlərə çox üzüldüm. Onları barışdırmaq missiyasını üzərimə götürəcəm. Amma əvvəlcə bir-iki iş var onları həll edib Aygün xanımla danışmalıyam. Bir məclisdə üz-üzə gələndə salam vermədən çevrilib getmək yaxşı iş deyil".

Eltonun sözlərinə görə, Aygün Kazımova kinli insan deyil:

"Brilliantla barışacağına inanıram".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.