Şou-biznes

Rafet El Roman Bakıda torpaq alacaq - FOTO

17 İyul 2013 16:27
0 Şərh     Baxış: 1 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Qafqazinfo.az-a istinadən bildirir ki, hava limanında juranalistlərə açıqlama verən Rafet bildirib ki, Azərbaycana tez-tez gəlmək onu çox sevdirir: "Mən Azərbaycana tez-tez gəlirəm. Bura çox bağlıyam. Hətta dostlarıma demişəm, mənə dəniz kənarında ərazi tapsınlar alım.

Burada özümə ev tikdirmək istəyirəm. Burada insanların qonaqpərvərliyi hər şeyə dəyər. Sabakı konsertim gənc azərbaycanlı müğənni, çox istedadlı qız Ezo ilə birlikdə inanıram ki, uğurlu olacaq. Bütün mətbuat işçilərini Rafet El Roman olaraq konsertə dəvət edirəm.

Təşkilatçılardan da media üçün özəl olaraq yer ayırmalarını xahiş etmişəm. Çünki mətbuat işçiləri hər zaman biz sənətçilərin yanında olan insanlardı".

Sabah "Yaşıl teatır"da baş tutacaq Rafet El Roman və ifaçı Ezo konsertində Aygün Kazımov da iştirak edəcək. Milli.Az xəbər verir ki, El Romanın ilk fotolarını "Qafqazinfo" sizlərə təqdim edir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.