Şou-biznes

Tanınmış türkiyəli ulduz sabah Bakıya gəlir - FOTO

16 İyul 2013 00:30
0 Şərh     Baxış: 1 948
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, iyulun 18-də Yaşıl Teatrda Azərbaycan əsilli Ezo Genclə birlikdə növbəti dəfə konsert proqramı ilə çıxış edəcək türkiyəli ulduz Rafet El Roman Bakıya konsertdən bir gün əvvəl, yəni sabah gələcək.

Bu barədə oxucularımızı "Romantik yay axşamı" adlanan konsertin təşkilatçısı Nahid Emiloğlu məlumatlandırdı: "Rafet, Ezo və onları müşayiət edəcək musiqiçilər iyulun 17-də günorta saatlarında paytaxtımızda olacaqlar. Konsert üçün xüsusi məşqin keçirilməsi planlaşdırılmayıb. Onlar canlı ifalarına güvəndikləri üçün bu qərara gəliblər. Sadəcə, günlərini səmərəli keçirib, gəzib-dolaşacaqlar".


Konsertin maraqlı məqamlarından biri də Azərbaycanın xalq artisti Aygün Kazımovanın fəxri qonaq kimi səhnəyə çıxması olacaq.


Türkiyəli ulduzla Aygün xanımın duet oxumaq ehtimalı böyükdür.


"Kalbine sürgün" adlı duetləri ilə arzuolunan qonaqlara çevrilən sənətçilər konsertdən bir gün sonra İstanbula geri dönəcəklər.


Şahin Cavadsoy

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.