Şou-biznes

Şou əhli ilk opüşlərindən danışdılar - FOTO

15 İyul 2013 17:45
Baxış: 2 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şou-biznesin məşhurları Axşam.az saytına ilk öpüşlərindən danışıblar.

Aparıcı Zemfira Adıgözəlova - İlk dəfə öpüşlə 3 yaşımda tanış oldum. Əslində onu öpüş yox, dişləmək adlandırardım. Bağçaya gedəndə toppuş uşaq idim, hamı məni çox istəyirdi. Bir dəfə oğlan tutub öpmək əvəzinə dişlədi. Onun dişlərinin izi qolumda qalmışdı.
 

Rəqqasə Oksana - Öpüşməklə heç aram yoxdur. Şou nümayəndələri öpüşməyi xoşlayırlar, bir-birini görən kimi öpməyə başlayırlar.
 

Rejissor Aqil M. Quliyev ilk öpüşündən danışmasa da, maraqlı və fərqli öpüşün formulunu açıqlayıb. Onun fikrincə, öpüşü qeyri-adi edən ehtiras, texnika və ilhamdır.
 

Aktyor Elməddin Cəfərov - İlk dəfə 5 yaşımda öpüşmüşəm. Həyətimizdə 18 yaşında qəşəng bir qız var idi. Məni çox istəyirdi, hər dəfə oynadırdı. Mən də uşaq ağlımla guya ki, vurulmuşdum. Bir dəfə onu öpdüm. İlk öpüşüm həmin vaxt baş tutdu.
 

Model Züleyxa Akçurina - İlk öpüş yadımda qalmayıb. Amma bir neçə gün öncə öpüşlə bağlı maraqlı hadisə baş verib. Restoranda telefonumun enerjisi bitdi, mən də ofisianta dedim ki, əgər mənə "adapter" tapsan, səni öpəcəm. O da tapıb gətirdi. Gedib öpmək istəyəndə isə utanıb qaçdı.
 

Afaq Gəncəli - Mənim üçün ən yaddaqalan öpüş bu yaxınlarda baş verib. Müğənni Zarinanın bacısı oğlu məni elə gözəl öpdü ki, hələ də yadımdan çıxmır.

Model Natella Kərimova - Ən yaddaqalan övladımın öpüşü olub. Bu öpüş hər şeyi üstələyir.
 

Emma Ələkbərzadə - Uşaq vaxtı Basqalda yaşayırdıq. Atamın Arif adında qohumu var idi. Bizi çox istəyirdi. Gecə yatmışdım, boynum bərk ağrıdığından tərpənə bilmirdim. Səhər Arif əmi gəldi ki, Çingizin qızını öpüm. Boynumdan tutub elə öpdü ki, ağrıdan qışqırdım. Buna görə də öpüş xatirəmdə pis qalıb.
 

Müğənni Roza Zərgərli - İlk dəfə məni 17 yaşımda ailə qurarkən həyat yoldaşım öpüb.
 

Müğənni Kərim - Mənim ən həyəcanlı və ehtiraslı öpüşüm həyat yoldaşımla olub. Bir dəfə onu məhlənin həyətində yola salırdım. Maşının qapısını açmamış məni elə öpdü ki, özümü itirdim və utandım. Bu öpüş heç vaxt yadımdan çıxmaz.

Model Səbinə Allahverdiyeva - İlk dəfə üçüncü sinifdə oxuyanda bir uşaq məni öpüb. Onun məndən xoşu gəldiyindən bizim sinfə keçmişdi. Qəfildən məni öpdü. Hay-küy qopartdım, müəllimlərə şikayət etdim.
 

Aktyor Fərda Xudaverdiyev - İlk öpüşüm altıncı sinifdə olub. Sinif yoldaşım qızdan xoşum gəlirdi, onu öpdüm. O da başladı məni söyməyə, dedi ki, atama deyəcəm. Mən də bir gün yata bilmədim, fikirləşdim ki, hamıya deyəcək və onu almaq məcburiyyətində qalacam. Şükür ki, bu kəbin alınmadı. (gülür)

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.