Şou-biznes

Azərbaycanlı müğənninin dəlisov məhəbbəti - FOTOSESSİYA

27 May 2013 16:30
0 Şərh     Baxış: 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, Opera və Balet Teatrının solisti, vokal ifaçı Cahangir Qurbanov növbəti klipinin çəkilişlərinə start verəcək. Daha çox rus diləndə yazılmış mahnıların ifaçısı kimi tanınan müğənni bu dəfə də ənənəsinə sadiq qalacaq. İfaçı "Moya bezumnaya lyubov" (Mənim dəlisov məhəbbətim) mahnısı ekranlaşdıracaq. Bu, onun sayca 8-ci klipi olacaq.

Nail Naiboğlu
ya həvalə edilmiş klipin çəkilişləri Gürcüstanda aparılacaq. Cahangir Qurbanov klipmeyker Nail Naiboğlunun rəhbərlik etdiyi çəkiliş qrupu ilə birlikdə bu gün - 27 mayda Gürcüstana yola düşür. Yaradıcı qrupun səfəri ayın sonunda - 31 mayda başa çatacaq.

Müğənninin meneceri Tural deyir ki, C.Qurbanov sənətdə özünəxas, fərqli mövqe tutub: "O, sırf yaradıcılıqla məşğuldur. Cahangirin arxasında güclü komanda durur. Müğənninin mahnılarının müəllifi Eldar Həsənovun başçılığı ilə komanda yaradılıb və bu komanda Cahangirin uğurları üçün çalışırlar.

Musiqiçi Ataxanın (Fərahim Qulubəyov) aranjman etdiyi mahnılar Givinin səs rejissorluğu ilə yazılır. Qrupun bədii rəhbəri Pərvin Hüseynoğludur".

Onu da deyək ki, teatrının solisti olan ifaçı Cahangir Qurbanov səhnəyə çıxdığı qısa müddət ərzində bir neçə operada yaddaqalan obrazlar yaradıb. O, "Leyli və Məcnun"da Nofəl, "Sevil"də Atakişi, "Toska"da Ancelotti, "Şah İsmayıl"da Aslan şah, "Koroğlu"da Koroğlunun atası Alı kişi rollarının ifaçısıdır.
 
Şahin Cavadsoy
Milli.Az

 
 Böyütmək üçün şəkillərə klikləyin.































Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.