Şou-biznes

Azərbaycanın xalq artisti qalmaqala səbəb olan fotolarından danışdı - YENİLƏNİB

27 May 2013 16:55
0 Şərh     Baxış: 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
16:55

Samiraldo Nisə Qasımovanın internetdə arzuolunmaz səviyyədə təqdim olunan fotolarının müəllifi kimi narahatçılığını belə dilə gətirdi:

Nisə xanım salona gəlmişdi ki, onun saç rəngini boyayım. Mən işimi bitirdikdən sonra təklif etdim ki, həm də makiyaj da edim. Hansı botoksdan söhbət gedir? Məgər mən estetik əməliyyat edirəm?

Fotolara gəlincə, bəli, onları mən çəkmişəm. Və öz Facebook hesabımda yayımlamışam ki, Nisə xanımı sevənlər görsünlər. Bəzi kadrlarda Nisə xanım dodaqlarını bilərəkdən büzüb ki, bir az fərqli görünsün.

Mən nə edə bilərəm ki, saytlar bu şəkilləri götürüb həqiqətəndən uzaq yazılar hazırladılar. Nisə xanımla telefon söhbətimiz oldu və o, məni başa düşdü.

Bizim işbirliyimiz yenicə başlayır, bəlkə də, kimlərinsə arzusudur ki, birgə çalışmayaq. Amma arzuları gözlərində qalacaq. Nisə xanımın xətrini dünyalar qədər istəyirəm və bilirəm ki, o, fotolara görə məni günahlandırmır".

---------
16:00

"Allaha and oldun ki, mən heç bir şey elətdirməmişəm..."

Milli.Az xəbər verir ki, ötən həftə internetdə həvəskar kamera ilə çəkilmiş fotolarının yayımlanması Azərbaycanın xalq artisti Nisə Qasımovanı açıqlama verməyə vadar edib.

Müğənni oxuculardan heç nəyi gizlətmədən hər şeyi olduğu kimi danışıb: "Bacım oğlu ilə stilist Samiraldonun yanına getdim. Samiraldo mənə dedi ki, gəlin saçlarınızı boyayım. İnanın ki, mən heç vaxt parıltılı dodaq boyasında istifadə etməmişəm.

O, yenilik olsun deyə parıltılı dodaq boyasından istifadə etməyi məsləhət gördü. Sonra şəkillər çəkdirdik. Samiraldo da həmin fotoları Facebookda paylaşıb. Mən 7 kiloqram kökəldiyim üçün fotolarda üzüm kök düşüb.

Baxıram saytlar yazıb ki, Nisə Qasımova üzünü botoks elətdirib, dodaqlarına gel vurub. İnanın, Allaha and olsun ki, mən heç bir şey elətdirməmişəm. Düzdür, mən üzümdə 1 il bundan əvvəl cüzi bir əməliyyat  keçirmişdim. Mən insanları aldatmaqla məşğul olan biri deyiləm, nə varsa onu deyirəm".

Şahin Cavadsoy
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.