Şou-biznes

Azərinin Respublika Günündə Azərbaycandan özəl qonaqları kimlərdir?

27 May 2013 15:30
0 Şərh     Baxış: 396
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyənin TRT Avaz telekanalında yayımlanan "Azərinlə bir avaz" proqramında Azərbaycanın çox önəmli, dəyərli sənətkarları xalq artisti Afaq Bəşirqızı və əməkdar artist İlqar Muradov Azərinin xüsusi  qonaqları olaraq Türk səhnəsində çıxış edəcəklər. Azərin bu barədə açıqlamasında "Mən uzun müddətdir ki, Türkiyədə həm sənətçi, həm də aparıcı olaraq fəaliyyət göstərirəm. Bu günə qədər Türkdilli dövlətlərdən bir çox tanınmış incəsənət xadimləri qonağım olub. Ancaq Azərbaycandan  bu axşamkı qonaqlarım qədər dəyərli, böyük sənətkarlar verilişə dəvət almamışdılar.

Əslində hər iki sənətkar Azərbaycan mədəniyyətinə kifayət qədər ləyaqətlə, şərəflə xidmət edən insanlardır. Onların hər ikisi səhnə mədəniyyətləri, Azərbaycan incəsənətinin inkişafı istiqamətində əməyi olan böyük sənətkarlardır. Mən onları qürurla təqdim edəcəm. Sevinirəm ki, Azərbaycanın böyük sənətkarları ilə Türk tamaşaçılarını görüşdürəcəm".

Azərin xanım onu da xüsusi şəkildə qeyd etdi ki, bu axşamkı proqram sırf Azərbaycana həsr olunub. 28 May - Respublika Günü münasibətilə təşkil olunan gecədə tamaşaçıları maraqlı anlar gözləyir. Gecədə Azərbaycan Cümhuriyyətinin yaranma tarixindən, Azərbaycan mədəniyyətindən, tarixindən geniş danışılacaq. Proqramda bu axşam yalnız Azərbaycan bəstələri səslənəcək.

Tahirə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.