Şou-biznes

Azərbaycanlı müğənnilər 25 min 400 manat üçün qol götürüb oynadılar - FOTOSESSİYA

27 May 2013 09:22
0 Şərh     Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, tanınmış teleaparıcı Sərxan Kərəmoğlunun təqdimatında Lider TV-də canlı yayımlanan "Lift" realiti-şousunda ötən gün əsl bayram ab-havası hökm sürüb.

Finalda mübarizə aparan müğənnilər - Emil Bədəlovla Əfqan Quliyevin şərəfinə sənət dostları Rəşad İlyasov, Elvin Abdullayev, Samira, Elnur Məmmədov, "Gilavar" qrupu, skripkaçı Səlim Abbasov və meyxanaçı Rəşad Dağlı studiyaya gələrək musiqili təbrikləri ilə onlara uğurlar arzulayıblar.

Əhvalları xoş olan Əfqan və Emil uduş məbləği 25 min 400 manat olan pul üçün yarışmaqdan çox, qol götürüb oynamaqları ilə diqqət çəkiblər.

Məlumunuz olsun ki,  bu onların şouda sonuncu əyləncəli günləri oldu. Çünki şou bitdikdən dərhal sonra hər ikisi 12 kv.m-lik liftin içində yalnız səbr və dözüm nümayiş etdirməlidirlər.

Əgər hansısa ehtiyaclarını ödəmək istəsələr, mütləq şəkildə məğlubiyyətləri ilə barışmalıdırlar.

Tamaşaçı sms-ləri də artıq heç bir rol oynamayacaq.  İradəsi güclü olan sözügedən məbləği qazanacaq.

Realiti-şounun qalibi 28 May Respublika Günündə elan olunacaq. Qalib kim olacaq? Bunu bilmək üçün final gününədək axşam saat 22:00-dan etibarən Lider TV-nin efiri izləmək lazımdır.

"Lift" realiti-şousunun informasiya dəstəyi Day.Az və Milli.Az-a məxsusdur.

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



























































































Fotolar müəllifindir.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.