Şou-biznes

Azərbaycanın xalq artisti pul axtarır

26 May 2013 16:07
0 Şərh     Baxış: 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Day.Az-a istinadən bildirir ki, xalq artisti Z.Xanbabayeva çoxdan fikirləşdiyi bir layihəsini gerçəkləşdirmək istəyir, ancaq bunun üçün xeyli pul lazımdır.

Müğənni çoxdandır, konsert vermir, ona görə də yeni konsert vermək istəyir və onun əvvəlki layihələri kimi yüksək səviyyəli olması diləyindədir.

"İstəyirəm ki, bu konsert digərlərindən yaxşı olsun, - müğənni "ATV-maqazin" verilişinin efirində deyib. - Əgər onu istədiyim səviyyədə keçirsəm, ondan sonra ola bilsin ki, daha işləmədim. Konsertdən sonra rayonlara turneyə çıxmaq istərdim. Bir neçə il əvvəl "Canım məmləkətim" adı ilə belə layihə təşkil etmişdim. Ola bilsin, bunu edəcəm, amma söz vermirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.