Şou-biznes

Təranə Qumral və Musayevlər çəkişməsi: ağ bayraq qaldırıldı

25 May 2013 13:52
0 Şərh     Baxış: 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müğənni Təranə QumralMusayevlər arasında başlanan qalmaqal, nəhayət ki, məhkəməsiz, qansız-xətasız sona çatdı. Belə ki, tərəflər ağ bayraq qaldıraraq, barışıq müqaviləsi bağlayıblar.

Bu barədə məlumatı AzNews.az-a xalq artisti Niyaməddin Musayevin qardaşı oğlu Əli Musayev verib. Onun sözlərinə görə, bu barışıq müqaviləsinin imzalanmasında N.Musayevin böyük rolu olub: "Əmim gəldi, hamı bir yerə yığıldı. Bütün baş verənlər müzakirə olundu. Əmim bu ailənin böyüyüdür, ağsaqqalıdır. Onun sözündən kimsə çıxa bilməz. Hər iki tərəf danlandı. Ən çox ittiham isə Musanın üstündə qaldı. Əmim ona dedi, bütün işləri sən qarışdırmısan, ailənin bütün sirrini sən açmısan".

Niyaməddin Musayev ailə toplantısında məsləhət görüb ki, baş verən ailə qalmaqalı ilə bağlı Cabbar Musayev və Təranə Qumral internet saytlarında müsahibə versin, bu yolla barışsınlar. Xalq artistinin qardaşı oğlu bildirib ki, artıq Musayevlər ailəsi ilə Təranə Qumral arasında heç bir məhkəmə olmayacaq: "Təranə ərizəsini geri götürəcək. Əmim də kanalda canlı yayımda qonaq olub, hadisələrə aydınlıq gətirəcək".

Ə.Musayev onu da qeyd edib ki, bununla belə, nə o, nə də Musayevlər bundan sonra heç vaxt Musa Musayev və Təranə Qumralla danışmayacaq: "Əmim dedi ki, sakitlik yaratmaq üçün bu addımı atmaq lazımdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.