Şou-biznes

"Lift" realiti-şousunda əsəblər tarıma çəkildi: "İki müğənninin gərgin anları" - FOTOSESSİYA

25 May 2013 10:36
0 Şərh     Baxış: 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, ötən gün Lider TV-də teleaparıcı Sərxan Kərəmoğlunun təqdimatında yayımlanan "Lift" realiti-şousunda çoxdan gözlənilən duel baş tutdu.

Açıq mübarizənin tərəfdarı olan müğənni Elton Hüseynəliyev axır ki, güclü rəqib saydığı həmkarı Emil Bədəlovla üz-üzə gəlmək istəyini rellaşdırdı. Studiyada tamaşaçıların çoxluq təşkil etməsi də duelin çox maraqlı keçəcəyindən xəbər verirdi.
 
Hər iki iştirakçı canlı yayımın sonuna qədər dostluq, qardaşlıq jestlərini biruzə versələr də, qalib gəlmək istəklərini də gizlədə bilmirdilər.

Həyəcanlı anları yumşaldan məqam mayın 24-də "Lift"də mübarizə aparan yeganə xanım iştirakçı model Maya Cəfərovanın ad gününün qeyd edilməsi oldu. Günün toxunulmaz iştirakçısı olan model xanımı rəqibləri günorta saatlarında təbrik etsələr də, Sərxan gül buketi ilə liftə daxil olub onu canlı-canlı təbrik etdi.

Tamaşaçılar arasında yetərincə məşhur simalar da var idi. Şounu tərk etmiş iştirakçılar prodüser Sayqa Cahid, dizayner İbadət Tağıyevlə yanaşı, teleaparıcı Vüsalə Kərimova, müğənnilər - Yaşar Cəlilov, Arzu Mirzəyeva, Əbdül Xalid, Ceyhun Nemətov, İlham Alimoğlu, Yaqut Nəriman, Ramil Məmmədov, Ramal Əzimov ayrı-ayrılıqda Elton və Emili dəstəkləyirdilər.

"Lift-1"in qalibi, reper Ceyhun Əliyev və iştirakçı olmuş müğənni Elşad Şükürov da onlara qoşulub həyəcanla səsvermənin gedişatını izləyirdilər.

Futbol üzrə yığma komandamızın qapıçısı Kamran Ağayev sənətçilərdən fərqli olaraq canlı yayıma məhz Eltonu dəstəklədiyi üçün gəldiyini söylədi.

Əsəblərin tarıma çəkildiyi an yetişdi və səsverməyə "stop" deyildi. Cüzi səs faizi ilə Emil qalib gələrək üçlüyə düşməyə müvəffəq oldu. Ardıcıl olaraq 3 dəfə duellərdən qalib çıxan Elton da tamaşaçılarına təşəkkür edib şounu tərk etdi.

Uduş fondu azalaraq 28 min 700 manata enən "Lift"in iştirakçıları final mərhələsinə
keçmiş oldular. Onlar üç nəfərdirlər: müğənnilər - Emil Bədəlov, Əfqan Quliyev və model Maya Cəfərova.

Bəs, görəsən, sonuncu sms səsverməsində kim məğlub olub şoudan ayrılacaq? Bunu bilmək istəyirsinizsə, mayınn 25-i saat 22:00-dan etibarən Lider TV-nin canlı yayımını izləyin.

"Lift" öz maraqlı və sərt şərtlərilə seçilir. Şouda iştirakçıların bütün tələbatları pulludur.

Şouda yatmaq, kənara çıxmaq, qidalanmaq və s. tələbatlar təyin olunmuş qaydalar çərçivəsində tənzimlənir. Hətta çimmək belə müəyyən məhdudiyyətlərlə həyata keçirilir. Söyüş, əlbəyaxa dava, əcnəbi dillərdə danışmaq və digər qadağalara əməl etməyən iştirakçılar layihədən dərhal kənarlaşdırılacaqlar.

Realiti-şounun informasiya tərəfdaşları Milli.Az və





























































































Fotolar müəllifindir
Azernews Newspaper

XƏBƏR LENTİ