Şou-biznes

Azərbaycanın imanlı şou nümayəndələri

24 May 2013 16:50
0 Şərh     Baxış: 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çünki istər-istəməz hər addımında günah edirsən, istəmədən kiminsə xətrinə dəyirsən və sair.

Bunu dini kitabdan şəxsən oxumasam da, deyilənlərə inansaq, dində ilahilər (dini musiqi) istisna olmaq şərtilə bu kimi şeylər haramdır. Bu, ələlxüsus şəhvət hissi doğuran, içərisində təhqir olan musiqilərə, açıq-saçıq səhnələrə aiddir. Amma indiki halda ortaya qəribə təzad çıxır. Məsələ burasındadır ki, dini baxımdan haram peşə hesab olunan bu sahənin adamları son illər dini ziyarətgahlara gedir, hacı, məşədi, kərbəlayi kimi titullara sahib olurlar.

Modern.az-da səhnəmizin hacıları və ibadət edənləri ilə bağlı söhbətimizə keçməzdən əvvəl qısaca qeydim var. Daha doğrusu, hələ xeyli müddət öncə ilahiyyyatçı Elşad Miri ilə söhbətimdən bir sitat gətirmək istəyirəm:

"İslam dinində heç bir dini titul yoxdur və din bunu qəbul etmir. Həci, məşədi, kərbəlayi kimi dini titulların daşınması qəbulolunmazdır və bir qədər də gülməlidir. İndi kimsə Antalyaya gedirsə, o, Antalyayi deyil ki".

Deməli, ilahiyyatçının fikirlərinə əsaslansaq, bütün bunlar islam dini tərəfindən qəbul olunmur. İndi görək səhnəmizdə dini titul daşıyan kimlər var və onların davranışları buna imkan verirmi? Hərçənd ki, qeyd etdiyimiz kimi, dinə görə belə bir titul yoxdur.

Müğənni Nadir Bayramlı hər zaman sanballı davranışları ilə seçilib. Son zamanlar efirlərdən uzaq düşən müğənni təxminən 10 ildir ibadət edir, həcc ziyarətində olub.

İzzət Bağırov isə müqəddəs torpaqları bir neçə dəfə ziyarət edib. Bu sənətçi də uzun illərdir ibadət edir.

Rəqqasə Fatimə Fətəliyeva isə məşədi xanımdır. Qeyd edək ki, bir müddət öncə rəqqasənin Rusiyadakı məclislərdən birində ifa elədiyi rəqs ("Zita və  Gita" filmindəki sərxoş rəqsi) söz-söhbətlərə səbəb olmuşdu. Fətəliyeva isə mətbuata açıqlamasında içki içmədiyini  və məşədi xanım olduğunu bildirmişdi.

Əməkdar artist Zöhrə Abdulllayeva da televiziya çıxışlarında dəfələrlə bildirib ki, Həcc ziyarətində olub.

Meyxanaçı Elşən Xəzər isə təxminən 5 il əvvəl həcc ziyarətində olub. Həmkarlarımızın yazdığına görə, söz ustadı yaxın zamanlarda şou-biznesi tərk edəcək və ancaq dini musiqilər oxuyacaq.

Onun digər həmkarı Aqşin Fateh isə artıq 6 ildir toylarda iştirak etmir. Meyxanaçı bunu ibadət etməsi ilə əlaqələndirib. O da hazırda ancaq ilahilər oxuyur.

Bir zamanlar şou-biznesin ən komplekssiz xanımlarından olan Xuraman Şuşalı isə yaxınlarda ibadət etməyə başlayıb. Dediyinə görə, bir dəfə Kərbəla ziyarətində olub. Növbəti plan həcixanım olmaqdır.

Tünzalə Ağayevanın isə hansısa ziyarətgahda olması ilə bağlı məlumat əldə edə bilməsək də, əməkdar artistin uzun illərdin ibadət etdiyini öyrəndik.

Ustad meyxanaçı Ağamirzə bu sahədə daha təcrübəlidir. Meyxanaçının müsahibələrinin birində qeyd olunur ki, o, 1988-ci ildən namaz qılır.

"Bu şəhərdə"nin aktyorları CoşqunRafael də ötən il həcc ziyarətində olaraq hacı tituluna yiyələniblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.