Şou-biznes

Azərbaycanlı teleaparıcılar "Qəlbimin səsi" üçün birləşdilər - FOTOSESSİYA

24 May 2013 15:22
0 Şərh     Baxış: 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, İstanbulda "Sultansoy production" və "Digimeb film" şirkətinin birgə ərsəyə gətirəcəkləri "Qəlbimin səsi" serialının çəkilişləri davam edir.

Keçmişini axtaran oğlanla gələcəyini qurmağa çalışan bir qızın amansız və çətin sevgisindən bəhs edən ekran işində tanınmış azərbaycanlı teleaparıcılar - Şəhriyar Əbilov, Cavid Gül, Xədicə Sənanqızı, müğənni - Mehin Hümbətova və model Səbinə Allahverdiyeva rol alırlar.

Serial Türkiyə və Azərbaycanda cərəyan edən hadisələrdən bəhs etdiyi üçün bizim aktyorların tərəf müqabilləri qardaş ölkənin məşhur simaları arasından seçiləcək.

Rejissoru Başaran Şimşek (işlərindən bəziləi- "Lala Devri", "Asi", "Emr et Komutanım" serialları), görüntü rejissoru Ömer Yılmaz ("Küçük kadınlar", "İşler-Güçler",  "Acı Hayat") olan "Qəlbimin səsi"nin əsas ideyası sevgi, intriqa və intiqam üzərinə qurulub.

Milli.Az pərdəarxası çəkilmiş fotoları oxucularına təqdim edir.

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.