Şou-biznes

Xalq artistindən Fərid Məmmədova inanılmaz dəstək

24 May 2013 14:13
0 Şərh     Baxış: 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gün İctimai televiziyanın "Eurovision"la bağlı yayımlanan verilişində qonaq olan xalq artisti Faiq Ağayev Azərbaycanı bu yarışda təmsil edərək ikinci yeri tutan Fərid Məmmədovdan danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni gənc ifaçıyla bağlı müsbət fikirlər səsləndirib. O, Fəridin portretinin İncəsənət Universitetindən asılmasını təklif edib:

"Nümunəvi insan olmaq çox çətindir. Amma Fərid bunu bacardı. O, artıq dünya, Avropa musiqi standartlarını bilir. Fəridə məsləhət görürəm ki, bizim şou-biznesdə avropasayağı yeniliklər etsin. İnanıram ki, bu istedadlı gənc şou aləminə yeni nəfəs gətirəcək.

Son vaxtlar bütün müğənnilər musiqi keyfiyyətindən gileylənirlər. Fərid elə yenilik etsin ki, zövqümüzü formalaşdırsın. Bir də məsləhət görərdim ki, onun portretini İncəsənət Universitetindən assınlar. O, Azərbaycanımızın fəxridir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.