Şou-biznes

"Eurovision" təmsilçilərimiz uşaqlar üçün oxuyacaqlar

23 May 2013 19:40
0 Şərh     Baxış: 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Heydər Əliyev Sarayının təşkilatçılığı ilə "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş böyük konsert proqramı keçiriləcək. Anspress-in məlumatına görə, 25 may 2013-ci il tarixinə nəzərdə tutulmuş konsertdə "Asiman" rəqs kollektivinin iştirakı ilə milli və müasir rəqslər, Şaolin və Bədii Gimnastika Federasiyalarını təmsil edən idmançı uşaqların iştirakı ilə rəngarəng çıxışlar, illüziya şousu və bir sıra estrada ulduzlarının iştirakı nəzərdə tutulub.

Bundan əlavə, konsertdə uşaqları sürprizlər gözləyir. Uşaqlar Azərbaycanın "Eurovision" təmsilçiləri Fərid Məmmədov Eldar Qasımovu böyük səhnədə izləmək imkanı əldə edəcəklər.

Biletləri şəhərimizin kassalarından əldə etmək olar. Biletlərin qiyməti 5-20 azn arasındadır. Adəti üzrə bu bayram konsertinə də, Sarayın rəhbərliyi tərəfindən kimsəsiz, fiziki qüsurlu, əlil uşaqlar təmənnasız olaraq dəvət olunublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.