Şou-biznes

Stilist Samiraldo Dubaysız qaldı

24 May 2013 08:52
0 Şərh     Baxış: 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, Bakı Film Studiyasında çəkilişlərinə start verilmiş "Fatma" serialı üçün Dubaya getməyi qarşısına məqsəd qoymuş tanınmış stilist Samiraldonun istəyi baş tutmayıb. Əməkdaşımızla söhbəti zamanı, o, səbəbi belə izah etdi:

"Əsas məqsədim alış-veriş etmək idi. Çəkilişlər elə gərgin rejimdə aparılır ki, heç cürə Bakıdan kənara çıxa bilmədim. Aldığım viza da yararsız oldu. Səfərim alınmasa da, həvəsdən düşmədim, "Fatma" serialında çəkilmək üçün 7 maraqlı geyimimi hazırlayıb bitirdim. Lazım olan aksessuarları dostlarımdan birinin sayəsində yenə də Dubaydan gətirməyə müvəffəq oldum.

Geyimlərimdən bir neçəsi şərq üslubunda olduğu üçün mütləq şəkildə aksessuarları da ərəb ölkəsindən gəlməli idi. Artıq onları geyimlərimdə istifadə etmişəm. Yaxın günlərdə fotosessiya etdirməyi də düşünürəm. Bir sözlə, serial qəhrəmanı kimi yeni mövsümdən etibarən tamaşaçıların görüşünə çox fərqli obrazda gələcəyəm".

Şahin Cavadsoy
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.