Şou-biznes

Xuraman Şuşalının toyunda nələr baş verdi? - VİDEO-FOTOSESSİYA

11 Avqust 2010 10:02
Baxış: 7 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünən paytaxtın "Lido" restoranında müğənni Xuraman Şuşalının toyu oldu. Milli.Az xəbər portalının mlumatına görə, müğənni Xuraman Şuşalı və Elçinin toy mərasimi 1 saat 45 dəqiqə gec başladı. Saat 19.00-da nəzərdə tutulan toy saat 20.45-də "start götürdü".

Mərasimin ləngiməsinə səbəb Xuraman və Elçin cütlüyünün toya gec gəlməsi oldu. Açıq havada gerçəkləşən toya cütlük "Hummer limuzin" markalı avtomobillə gəldilər.
Toy salonuna daxil olan səbəbkarlar ilk öncə "Nigah haqqında Şəhadətnamə"ni qəbul edərək, evlilik sənədlərini imzaladılar. Şahid qismində isə jurnalist Cavanşir Babəlioğlu və müğənni Səidə Sultan sənədi imzaladılar.
Daha sonra Xuramanın ifasında lirik mahnı səsləndi və cütlük rəqsləri ilə qonaqlara xoş təsir bağışladılar.

Toyda televiziyaların iştirak etməməsi, yalnız bəzi mətbuat nümayəndələrinin olması toyun çəkilişlərinə əvvəldən qadağa qoyulmasının nəticəsiydi.

Keçmiş "W-trio" qrupunun çıxışı toyun yadda qalan məqamlarından biri oldu. Belə ki, qrupun keçmiş üzvləri - Xuraman Şuşalı, Natavan Həbibi və Səidə Sultanın birgə ifaları qonaqları təəccübləndirdi. Bundan əlavə, həmişəki kimi müğənni Kərimin şıdırğı rəqs etməsi, həmçinin, aktyorlar Rafael İsgəndərovun və Coşqun Rəhimovun maraqlı hərəkətlərlə rəqsləri də diqqət çəkən məqamlardan idi.

Toyun aparıcılıq missiyası əvvəlcə Rüfət Axundova tapşırılsa da, sonra həmin missiyanı Gənc Tamaşaçılar Teatrının aktyoru və Xuramanın qrup yoldaşı Elnur Kərimov daşıdı. Toyu Rüfət Axundovun ansamblı müşayiət edirdi. Toya dəvət olunan sənətçilər arasında Faiq Ağayev, Firəngiz Mütəllimova, Rəqsanə, Natavan Həbibi, Səidə Sultan, Gövhər Həsənzadə, Fərda Xudaverdiyev, Emil Şahin, Elməddin Cəfərov, Yeganə Mürsəlova, Elnur Məmmədov, Nura Suri, Elariz, Emil Bədəlov, Elton Hüseynəliyev və başqaları vardı.

Qeyd edək ki, toy zamanı bəyin dindar olduğunu öyrəndik. Onu da öyrəndik ki, bəy "ANS" telekanalında çalışıb. Dindar bəy süfrələrdə alkoqollu içkilərin olmasına məhdudiyyət qoymuşdu.

Fuad Mədətov
Milli.Az










































































































































Foto və video Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.