Şou-biznes

Hüseyin Dərya: "Ay Elşad Xose, söz verirəm, sənin adını..."

30 Aprel 2013 16:47
0 Şərh     Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Axşam.az-ın məlumatına görə, o, reperin həmkarları haqqında dediyi "it hürər, karvan keçər" sözünə "Space" telekanalında yayımlanan "Pilus-minus" verilişində cavab verib.

Dərya bundan sonra Elşadın adını heç vaxt müsahibələrində çəkməyəcəyini bildirib:

"Bir insan gərək o qədər üzsüz olsun ki, xalqın ona qarşı mənfi fikrinə əhəmiyyət verməsin. Çıxıb mənim haqqımda deyir ki, boş-boş danışıram. Bu sözü mən deyə bilərəm. Çünki ilk vaxtlar elə bir zirvəni fəth etdim ki, bütün repçilərə yuxarıdan aşağı baxırdım.

AyElşad Xose, söz verirəm, adını bir daha efirdə çəkməyəcəm. Sənin ulduzun yenidən parlayacaq, əlində qılınc at belində meydan sulayacaqsan, şou-biznesdə yenidən partlayışlar edəcəksən, onda adını çəkərəm.

Məni tutulmağım, döyülməyim haqqında yalan şayiələr çıxartmaqla günahlandırır. Lazım gələrsə, Elşada sübut edərəm ki, mən, həqiqətən də, həbs edildim, döyüldüm, xəstəxanada yatdım. Bunların hamısının əlimdə dəlili var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.