Şou-biznes

Azərbaycanlı müğənni tənbəlliyə son qoyur - VİDEO - FOTO

30 Aprel 2013 17:02
0 Şərh     Baxış: 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, yaradıcılığında durğunluq yaşayan müğənni Bəyimxanım Vəliyeva tənbəlliyə son qoyur. 

Saytımıza açıqlama verən Bəyimxanımın sözlərinə görə, o, yeni mahnı üzərində çalışır: "Bir neçə il öncə "Yollara yağış yağır" adlı mahnımla dinləyici rəğbəti qazanmışdım.

Yenidən bu mövzuya qayıtmağa qərar verdim. Və musiqisi Ruslan Səfəroğluna, sözləri Sona Vəliyevaya məxsus "Narın yağış" adlı mahnını lentə aldım. Səmimi desəm, daxırmışdım.

Ərsəyə gətirdiyimiz yeni mahnı ifa tərzimə uyğun olduğu üçün səsləndirdim. Ümidvaram ki, dinləyicilər də çox bəyənəcək".

Yeni layihələrə start verən müğənni bu yaxınlarda sosial yönümlü işlərə də imza atacaq: "Növbəti mahnımız "Narkotikə YOX deyək" şüarını özündə birləşdirəcək. Sözləri Sona Vəliyeva, musiqisi Novruz Aslana məxsus "Uçurum" mahnısında dərin bir məna var.

Mahnı hazır olsa da, layihənin son tamamlanma işləri gedir. Yaxında ətraflı məlumat verəcəyik".

Bəyimxanım el şənliklərindən də söz açdı. Müğənnilərimiz əsas qazanc yeri olan toylardan imtina edən ifaçı xanım bu fikirdədir: "Yoldaşımla, ailəmlə gəldiyimiz qərara hörmətlə yanaşıram.

Mən heç bir pul müqabilində toya getmirəm. İştirak etdiyimiz toylar yalnız yaxınlarımızın ola bilər. Orada da adətim ürzə oxumuram, sadəcə qonaq qismində iştirak edirəm. Bu ənənə neçə ildir davam edir və hər zaman da elə olacaq".

Bəyimxanımın "Narın yağış" mahnısını oxucularımıza təqdim edirik.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.







Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.