Şou-biznes

Rəqsanə-Aygün: paltar kimindir? - FOTO

30 Aprel 2013 10:19
0 Şərh     Baxış: 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bəzi saytlar bu müzakirədən belə qənaətə gəliblər ki, Rəqsanə bu geyimini xalq artisti Aygün Kazıımovanın "Türkiyə Musiqi Ödülləri" mükafatlandırma mərasiminə geyindiyi libasın oxşarıdır. Qızı Aysunun əl işi olan bu libasın əslində oxşar olmadığını bildirən müğənni Rəqsanə açıqlama verdi.

"Aysun bu paltarın dizaynını ötən ay düşünüb. Son bir həftədə tikib hazır edib. Məclislərə geyindiyim sonuncu ən yaxşı libaslarımın müəllifi Aysundur. Qızım sırf beyninin məhsulunu ortaya qoyub. Onun zəhmətinin itirilməsini yox, dəyər verilməsini isəyirəm. Sadəcə, hər iki paltarın parçasında oxşarlıq var və oxşarlıq da bu səbəbdən yaranıb", -  deyən Rəqsanə Aygün Kazımova ilə münasibətlərindən danışdı:

"Aygün xanıma hörmətim sonsuzdur. Münasibətlərimiz çox yaxşıdır. Geyimlərini də bəyənirəm. Özümün qarderobum da kifayət qədər zəngindir və hamı geyim zövqümün yüksək olduğunu deyir. Hər ikimizin geyimi gözəldir".
 
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.









Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.