Şou-biznes

Azərbaycanlı müğənni: "Onlardan biri Röya, biri də Natavan Həbibidir"

30 Aprel 2013 09:30
0 Şərh     Baxış: 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu haqda Milli.Az-a müğənni Samir Piriyev dedi.

"Biz dostuq. Və mən deyərdim, şou aləmində iki nəfər qadın sənətçisi varsa, onlardan biri Röya, biri də Natavan Həbibidir. Natavan Həbibi verilişimin qonağı olub artıq. Super veriliş keçdi Nata ilə. Necə varsa, elə. Röyanı da dəvət etmişəm, Türkiyədə olduğundan gələ bilmirdi, amma bu yaxınlarda, inşallah, Röya ilə də super bir şouya hazırlaşırıq", - müğənni əlavə etdi.

"Mənim Röya ilə Natavanın həm sənətinə, həm də şəxsiyyətinə çox böyük hörmətim var. Onlar nəinki bəzi qadın müğənnilərindən, hətta bir çox kişi həmkarlarımızdan da mərd və olduğu kimidirlər. İkiüzlü deyillər. Heç vaxt yalandan efirdə obraza girməyiblər, bəziləri kimi. Ona görə də onlar həmişə sevilib və seviləcək də. Xalqın gözü tərəzidir. Bu gün özünü efirdə süddən çıxmış ağ qaşıq kimi göstərib, həyatda min cür oyundan çıxanlar isə əsl simasını tamaşaçılardan çox gizlədə bilməyəcəklər. Tamaşaçı illərdir hamını necə varsa, elə də tanıyır. O ki qaldı Röya ilə Natavanın sənətinə, bu gün onlar tarixdə qalacaqlar. Heç kəs də çalışıb-vuruşub bundan sonra nə Röya ola bilər, nə də Natavan Həbibi", - S.Piriyev dedi.

Lalə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.