Şou-biznes

Paytaxtda Röya Ayxan fırtınası - VİDEO - FOTOSESSİYA

28 Aprel 2013 22:20
0 Şərh     Baxış: 1 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, aprelin 28-də tanınmış estrada ulduzu Röya Ayxan uzun sürən fasilədən sonra fanatlarını paytaxtın ticarət mərkəzlərinin birində baş tutmuş xalq konserti ilə sevindirib. Teleaparıcı Murad Arifin aparıcılıq etdiyi konsertdə öncə səhnədə Röyanın yaxın dostu müğənni Samir Cavadzadə göründü. İlk dəqiqələrdən publikanı ələ alan Cavadzadə, ardınca estafeti xanım Ayxana ötürdü.

İdman üslublu geyiminə ipək ağ xalatı yaraşdıran ulduz, səhnəyə çıxar-çıxmaz "harada Röya, orada "fırtınalı şou" devizi"ni sərgilədiyi performansı ilə yenə də doğrultdu.

Pərəstişkarlarını coşduran müğənni, onların istəyi ilə ən sevimli hitlərini səsləndirməkdən zövq aldı. Həm oxudu, həm də sevənlərinə qoşulub doyunca rəqs etdi.

Milli.Az oxucularına konsertdən çəkilmiş fotosessiyanı təqdim edir.

Şahin Cavadsoy
Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.











































Fotolar müəllifindir.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.