Şou-biznes

Rəmiş: "Ən sevdiyim Cülyetta idi"

28 Aprel 2013 19:28
0 Şərh     Baxış: 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Day.Az-a istinadən bildirir ki, "ATV-maqazin" verilişinin efirində Rəmiş hobbisi barədə danışıb.

Sən demə, o, heyvanları çox sevirmiş. Hətta uzun illər mənzilində Cülyetta adlı meymun saxlayıb.

"Xeyli heyvanım vardı, - gitaraçı deyib. - Ovçarkam, bir neçə meymunum, tutuquşum vardı, amma danışa bilmirdi. Onların pasportu da vardı, həmişə bir yerə köçəndə özümlə aparırdım. Ən sevdiyim Cülyetta adlı meymun idi. 30 il mənzilimdə yaşadı. Ona yaxşı baxırdım, qızıl boyunbağı alırdım. Azəri qızı Günelin nənəsi onunçün xüsusi paltarlar tikirdi. Meymunum öləndə özümü elə piss hiss edirdim ki, həyatımın ondan sonra necə olacağını təsəvvür də etmirdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.