Şou-biznes

Müğənni Əbdül Xalidin səhhəti pisləşdi

28 Aprel 2013 10:09
0 Şərh     Baxış: 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Day.Az-a istinadən bildirir ki, müğənninin qəfil arterial təzyiqi qalxıb, bu səbəbdən müalicə təyin olunub. Müğənni deyib ki, özünü birdən-birə pis hiss edib və bunu yorğunluqla əlaqələndirib.

"Bir neçə gün dalbadal təzyiqim yüksək oldu, başım da daim ağrıyırdı. Amma mən buna əhəmiyyət vermədim. Sonra da məcbur oldum həkimə gedim. İndi sağalmaq üçün üç gün xəstəxanada yatmalıyam", - "ATV-maqazin" verilişinin efirində Əbdül Xalid bildirib.

Xalid deyib ki, bir çox həmkarları zəng edib hal-əhvalını soruşublar, bircə Tünzalə Ağayevadan başqa. Müğənni güman edir ki, həmkarının onun durumundan sadəcə xəbəri yoxdur.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.