Şou-biznes

Müğənni Rəqsanə: "O qardaşlarla problemim var"

27 Aprel 2013 09:54
0 Şərh     Baxış: 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, sənətçi bunu narahatlığını nəzərə alıb jurnalistlərə müraciət etdi:

"Dünən barəmdə yazılan növbəti xəbərdə axtarışa veriləcəyim yenidən gündəmə gətirilib. Bunun hansı faktlara söykəndiyini bilmirəm. Amma mətbuat işçilərindən ricam budur ki, barəmdə bu və ya digər xəbəri dəlil olmadan yazmasınlar. Hər gün insanlarla görüşürəm, efirə qoşuluram, mətbuat nümayəndələri, sosial şəbəkədəki insanlarla ünsiyyətdəyəm. Yəni normal həyatıma davam edirəm. Azayev qardaşları ilə mənim problemimin hazırda istintaq işi aparılır.

Hər iki tərəfin gedişat barədə danışmağa ixtiyarı yoxdur. Mayda Bakıya gələcəm və istintaqı aparan şəxslərlə görüşüm nəzərdə tutulub. Məsləhət olarsa, bu barədə açıqlama verəcəm. Məhkəmə qərarı olmadan, mənim axtarışa verilməyim, tutulacağım barədə gündəmdən düşməyən yalançı xəbərlər ictimaiyyət arasında xoş qarşılanmır. Bu səbəbdən barəmdə sübutu olmayan xəbərlərin yazılmasının əleyhinəyəm", - deyə sənətçi bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.