Şou-biznes

Bakıya gələcək Sərdar Ortacın xanım pərəstişkarlarına müjdə - VİDEO - FOTO

27 Aprel 2013 09:30
0 Şərh     Baxış: 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, mayın 25-də tanınmış türkiyəli ulduz Sərdar Ortacın Bakıda baş tutacaq növbəti konsertində çox maraqlı sürprizlər olacaq.

İlk əvvəl ondan xəbər tutun ki, daim bakılı pərəstişkarlarına xüsusi diqqəti ilə seçilən ulduz yenə də adətinə xilaf çıxmayacaq.

Konsertin təşkilatçısı "Səs organization"ın rəhbəri Nahid Emiloğlunun verdiyi açıqlaması Sərdarın xanım pərəstişkarlarının ürəyincə olacaq:

"Məlum olduğu kimi Sərdar Ortac bu vaxtda qədər Bakıda yalnız Heydər Əliyev Sarayının səhnəsində konsertlər verib. Klub tipli proqramla ilk dəfə qonağımız olacaq. Və xanım pərəstişkarları üçün daha əlçatan olacaq.

Sərdar söz verib ki, konsertinə gələcək pərəstişkarlarını diqqətsiz qoymayacaq, onlara qoşulub həm mahnılarını oxuyacaq, həm də bol-bol şəkillər çəkdirəcək".

"Buta Palace"ın səhnəsində baş tutacaq konsertdə Sərdar Ortacı 22 nəfər musiqiçisi müşayiət edəcək. Öncə səhnədə 40 dəqiqəlik proqramla azərbaycanlı müğənni Zarina Məmmədova və Türkiyənin tanınmış dj-lərindən biri Uğur çıxış edəcəklər.

Məlumat üçün bildirək ki, konsertin informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəklə klikləyin.





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.