Şou-biznes

"Niyə kimsə deməlidir ki, Səidəni filan kişi saxlayır"

26 Aprel 2013 18:26
0 Şərh     Baxış: 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Publika.Az-ın məlumatına görə, müğənni ANS Televiziyasında yayımlanan "Şoumən" verilişində şou-biznesdə qabağa getmək üçün pulun önəm daşıdığını deyib. Amma bununla belə, heç vaxt pullu kişilərin təklifindən yararlanmadığını dilə gətirib. Dediyinə görə, əxlaqı buna yol verməyib:

"Xalq artistləri açıq-saçıq geyinəndə hamı onlara yaltaqlanıb deyir ki, nə qəşəng geyinmisən, bombasan, amma mən qısa yubka geyinən kimi mentaliteti ortaya atırlar. 48 kilo çəkim var və qısa geyinməyi xoşlayıram. Amma əxlaqa qalınca, alnım açıq, üzüm ağdır. Mənə də getdiyim məclislərdə pullu kişilər tərəfindən təkliflər olunub. Pulu var, amma yaşlı adamdır, mən bilirəm ki, ona sadiq olmayacağam. Buna görə də, təklifləri rədd etmişəm. Həm də niyə kimsə deməlidir ki, Səidəni filan kişi saxlayır. İt deyiləm ki, məni saxlasınlar".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.