Şou-biznes

Azərbaycanlı müğənni ulduz xanımların əhatəsində sənətə qayıtdı - VİDEO - FOTOSESSİYA

28 Mart 2013 19:43
0 Şərh     Baxış: 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, bu gün 2008-ci ildə "Yeni ulduz" mahnı müsabiqəsində ulduzu parlayıb, daha sonra səs-sorağı "Eurovision" Azərbaycan milli seçim turundan eşidilmiş müğənni Habil Əhmədov "Dön" mahnısına çəkdirdiyi klipinə təqdimat etdi.

Söz və musiqisi Tural Cavadova məxsus olan mahnı türk dilindədir. Fərid Ağanın aranjman etdiyi ekran işinə quruluşu rejissor,"Deli" təxəllüslü Cavid verib.

Məlumat üçün bildirək ki, bu klip həm də Habilin sənətə qayıdışında ərsəyə gətirdiyi ilk işidir. Milli.Az-a açıqlamasında müğənni ona dəstək olanlardan danışdı: "Ailəmizdə faciə yaşandığı üçün 2 il sənətdən uzaq düşdüm. Gücümü toparladım və doğmalarımın, dostlarımın sayəsində yenidən geri dönməyi bacardım. İnşallah, bundan sonra səhnədə məni hələ çox görəcəksiniz".

Tanıtım gecəsində "Xalq ulduzu" yarışmasından tanınan Eldəniz Məmmədovun xeyir-duasını alan Habili xanım həmkarları XatunGünay İbrahimli, prodüser Təranə Səmədova da yalnız buraxmadılar. Özlərini ev yiyəsi kimi aparan xanımlar Əhmədovun şirinlik tortunu kəsib daim onun yanında olacaqlarına söz verdilər.

Şahin Cavadsoy
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.









































Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.