Şou-biznes

Əli Mirəliyev: "Nazpəri İlhamənin qızı yerdədir, düz gəlmir..."

28 Mart 2013 10:56
0 Şərh     Baxış: 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın xalq artisti Habil Əliyev və müğənni Əli Mirəliyev İlhamə Quliyeva Nazpəri Dostəliyevanın arasında yaşanan qalmaqala münasibət bildiriblər.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, müğənni Əli Mirəliyev də iki həmkarı arasındakı mübahisə və mübarizənin səbəbini anlamadığını vurğulayıb:

"İlhamənin davası Flora səviyyəsində ola bilər, çünki onlar yaşlı nəsli təmsil edirlər, həmyaşıddırlar. Nazpəri axı İlhamənin qızı yerdədir, bir az düz gəlmir. Ümumiyyətlə isə musiqi əhlinin dava-dalaşla gündəmdə olması məsləhət deyil. Onların arasında nə söhbət, nə dava ola bilər axı, başa düşmürəm? Nəyin davasını edirlər? Tay-tuş deyillər, qohum deyillər, aralarında pul söhbəti yox, onların narazılığı nə ola bilər? Nə bilim, qalmışam məəttəl. Düşünürəm ki, görəsən, biz sənət əhli dava-dalaşdan utanmırıq? Düzgün deyil, bu, sənətkara yaraşan şey də deyil. Çox pis baxıram buna".

Xalq artisti, kaman ustası Habil Əliyev isə vurğulayıb ki, sözügedən qalmaqal utanılası məsələdir: "Mənim qadınlardan başım çıxmır, onlar bununla neyləmək, nə demək istəyirlər? Sənət qadın üçün deyil. Qadınlar sənətə gəlib doluşmaqla sənəti də qadınlaşdırıblar. Olmaz! Hər kimdirsə, özünü sənətə, yaxud sənəti özünə qatmasın. Sənəti hörmətdən salırlar. Mənə belə gəlir ki, sənət adamı, mədəniyyət işçisi əvvəlcə özü mədəni olmalıdır, sonra mədəniyyəti xalqa təbliğ etməlidir. Bilmirik, bunların dava-şavasına qulaq asaq, yoxsa sənətinə. Sənətçilərə yaraşdıra bilmirəm belə şeyləri. Bu, sənəti, musiqini hörmətdən salır. Bu, sənətə də, dinləyiciyə də hörmətsizlikdir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.