Şou-biznes

İlhamə Quliyeva 35 min dollara görə məhkəməyə veriləcək?

28 Mart 2013 10:39
0 Şərh     Baxış: 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Moskvada yaşayan Ümumrusiya Azərbaycanlıları Konqresinin sədri Mirəşrəf Fətiyev xalq artisti İlhamə Quliyevanı məhkəməyə verməyə hazırlaşır. Anspress-lə əlaqə saxlayan Mirəşrəf Fətiyev xalq artisti ilə bağlı şok faktlar açıqladı. Belə ki, təxminən 2007-ci illdə İlhamə Quliyeva guya evin təmir işlərini aparmaq adı ilə axırıncıdan 35 min ABŞ dolları alaraq bu günə kimi həmin pulları müxtəlif bəhanələrlə qaytarmaqdan boyun qaçırır.

Mirəşrəf Fətiyevin bildirdiyinə görə, İlhamə Quliyeva təxminən beş il bundan əvvəl Moskvada olarkən maddi vəziyyətinin ağırlığı üzündən öz mənzilini təmir etdirə bilmədiyi ilə bağlı ona müraciət edib: "Mən də bir azərbaycanlı kimi axırıncının xahişi ilə ona 35 min ABŞ dolları borc verdim. İlhamə bildirdi ki, bir-iki ay ərzində həmin pulları qaytaracaq.

Həmin müddət keçdikdən sonra İlhamə əvvəlcə anasının xəstə olmasını, sonra isə onun vəfat etməsini bəhanə gətirərək borc aldığı pulları qaytarmırdı.

"Mən də onun bəhanələrinə inandığım üçün ilk vaxtlar İlhamə xanımı tələsdirmirdim. Bir müddət sonra bunların bir bəhanə olduğunu başa düşdüm. Çünki İlhamə təxminən bir ildən sonra mənim telefon zənglərimə cavab verməkdən və mənimlə görüşlərdən yayınır, qaçıb gizlənirdi.

Oxucularınızın nəzərinə çatdırıram ki, mən dövlətimizin və xalqımızın yolunda milyonlar da xərcləməyə hazıram və buna qadirəm. Ancaq xalq artisti adını daşıyan bir şəxsin belə hərəkətlərini heç vaxt bağışlamaram.

Hamının nəzərinə çatdırıram ki, bu məsələnin qanuni yolla həlli üçün yaxın vaxtlarda Azərbaycana gələrək məhkəməyə müraciət edəcəyəm", - deyə Mirəşrəf Fətiyev bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.