Şou-biznes

Azərbaycanlı müğənni kiprliləri heyran etdi - FOTO

28 Mart 2013 13:14
0 Şərh     Baxış: 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, əməkdar artist Almaz Ələsgərova Novruz bayramını Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetinin tələbələri ilə keçirib.  Bu barədə müğənninin mətbuat katibi Cəfər Mənsimi məlumat verib. Cəfər Mənsiminin verdiyi məlumata görə, müğənni sözügedən universitetdə təşkil edilmiş bayram şənliyində çıxış edib.

Onun sözlərinə görə, Azərbaycanı bir çox xarici ölkələrdə öz gözəl səsi və musiqiləri ilə tanıdan, Azərbaycan estradasının populyar və yaradıcı nümayəndələrindən olan, respublikamızın əməkdar artisti Almaz Ələsgərova çıxış edərək öz ifaları ilə gecəyə daha da rəng qatıb. Onun ifaları tədbir iştirakçılarına xoş təəssüratlar və unudulmaz anlar bağışlayıb.

Əməkdar artistin mətbuat katibinin verdiyi məlumata görə, tədbirə həmçinin rektorluq, azərbaycanlı və xarici tələbələr, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri və həmin cəmiyyətin ən fəal üzvləri də qatılıb.

Tədbir zamanı qonaqlara Azərbaycan milli mətbəxinin yeməklərindən və şirniyyatlarından təqdim olunub. Novruz bayramının əsas qəhrəmanları hesab olunan Kosa və Keçəlin iştirakı bayram əhval-ruhiyyəsini daha da artırıb.

Tədbirdə həmçinin Azərbaycan və Novruz bayramı haqqında məlumat verilib, videoçarx təqdim olunub.

Bayram şənliyində Azərbaycan Tələbə Cəmiyyətinin prezidenti Elçin Süleymanov, Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, "Kreativ Gənclər" - Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım" İctimai Birliyinin sədri Fərhad Allahverdizadə, Doğu Akdeniz Universiteti rektorunun akademik işlər üzrə yardımçısı Osman Yılmaz və başqaları çıxış edərək mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramının məziyyətlərindən, tədbirin məqsəd və əhəmiyyətindən söz açıblar.

Sonda Doğu Akdeniz Universitetinin Akademik işlər üzrə rektor yardımcısı Osman Yılmaz Azərbaycan - Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğluya və həmin gecədə iştirak edən populyar müğənni Almaz Ələsgərovaya diaspora sahəsində fəaliyyətləri və əldə etdiyi uğurlarına, iki ölkə arasındakı münasibətlərin inkişafındakı fəaliyyətlərinə görə təşəkkür plaketi təqdim edib.

Təntənəli bayram tədbiri Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetində Azərbaycan Tələbə Cəmiyyətinin, "Kreativ Gənclər" Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyinin və adıçəkilən universitetin təşkilatçılığı ilə gerçəkləşib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.











Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.