Şou-biznes

Tanınmış azərbaycanlı teleaparıcılar elçilik etdilər - FOTOSESSİYA

28 Mart 2013 09:30
0 Şərh     Baxış: 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, Lider TV-də yayımlanan "Rəngarəng", "Pərdə", "Tet-A-Tet" verilişlərinin aparıcısı Zaur Nəbioğlu və Türkiyənin TRT Avaz telekanalında "Azərbaycan ulduzları" proqramının siması Arzu Umut Novruz bayramını Şəki şəhərində keçiriblər.

Bölgənin baxımlı Kanal S telekanalının dəvəti ilə baş tutan bu səfərdə arzuolunan qonaqlar tamaşaçılarla bol-bol ünsiyyət qurublar."Yaşamaq gözəldir", "Biz sizə hamıdan yaxınıq", "Gombullar" verilişlərinin çəkilişlərinə qatılan dostlar sonda Milli.Az-ın reportyoru Şahin Cavadsoyun aparıcılığı ilə yayımlanmış "Gecənin yarı" şousunda iştirak ediblər.
 
Canlı yayımda onlar elçilik missiyasını da yerinə yetiriblər. Belə ki, verilişə telefonla qoşulan Elçin adlı subay tamaşaçı evlənmək istədiyini açıqlayıb.

Aparıcılar dərhal vəziyyətdən çıxıblar. Ağdamlı tamaçaçıya Kanal S-də çalışan subay qızlardan birini namizəd kimi göstərib, onun şəkili xanımla ailə qurmasını tövsiyə ediblər.

Arzu və Zaur Bakıya qayıtdıqları üçün bu xeyir işin necə olacağı özlərinə də maraqlı qalıb. Əməkdaşımızla telefon söhbətində Arzu Umut bildirdi ki, bölgədəki elçiliklərinin təfərrüatları barəsində Kanal S-in baş prodüseri Həyat xanım yaxın günlərdə müjdəli xəbəri ilə onları məlumatlandıracaq.

Ceyhun
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



































Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.