Şou-biznes

Ulduz olmaq üçün Türkiyəyə getdi və... - VİDEO

23 Mart 2013 15:57
0 Şərh     Baxış: 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gənc azərbaycanlı ifaçı Kamran Əliyev "meqastar" olmaq arzusunu gerçəkləşdirmək üçün Türkiyəyə üz tutub və ölkənin ən məşhur mahnı yarışması "Popstar"a qatılıb. Anspress-in məlumatına görə, Kamran 21 martda start verilən "Popsrtar 2013" yarışmasında 106 nömrəli iştirakçıdır. İfaçı Bülent Ersoy, Sərdar Ortac, Orhan Gencəbay Demet Akalın kimi məşhur sənətkarların qarşısında Mustafa Cecelinin repertuarından sözləri və musiqisi Ender Çabukerə məxsus "Es" mahnısını oxuyub.

Əsəri səsləndirdikdən sonra münsiflər heyəti onun ifaçılıq məharətini bəyəndiklərini, buna baxmayaraq mahnının Kamranın səsinə oturmadığını bildirdilər. Ancaq Kamran yüksək xallar alıb - onun ifasını Demet Akalın 10, Serdar Ortac 8, Orhan Gəncebay 9, Bület Ersoy 8 balla qiymətləndirib.

Nəticədə azərbaycanlı ifaçı 13 həftə davam edəcək "Popstar 2013" mahnı yarışmasının növbəti həftəsinə keçmək şansı qazanıb. Aşağıdakı videoçarxda 3-cü dəqiqədən sonra Kamranın çıxışını izləyə bilərsiz:

Milli.Az




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.