Şou-biznes

Nazpəri Dostəliyevadan İlhaməyə sərt cavab: "Mənə lazım da deyildi..."

21 Mart 2013 15:39
0 Şərh     Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, məktubda deyilir:

"ATV kanalının "Ümid Var" verilişinin ayın 20-də canlı yayımda baş verənlərdən çox təəssüf hissi keçirirəm. Çox təəssüf edirəm ki, mən də telefon vasitəsilə də olsa, həmin verilişi şərəfləndirdim.

Çünki, orda baş verənlər nə bizim mentalitetə, nə kütləvi informasiya vasitəsində yayımlanmağa, yumşaq dildə desək layiq olan deyil.

Əvvala bir məsələyə aydınlıq gətirim ki, mən heç vaxtı İlhaməyə zəng etməmişəm, heç elə niyyətim də olmayıb. Əvvəllər də qeyd etdiyim kimi, mən ümumiyyətlə, onun telefon nömrəsini bilmirdim, çünki mənə lazım da deyildi. Ancaq son günlər, xüsusilə son bir həftə ərzində İlhamənin canlı efirdən, özünün mətbuat katibi və köməkçisi kimi adlarını çəkdiyi şəxslər (bu da onun növbəti yalanıdır, əksini iddia edirsə əmək müqavilələrini təqdim etsin) və verilişin aparııcısı Zaur Baxşəliyev öz mobil telefonlarından dəfələrlə mənə zəng edib İlhamə ilə barışmağımı xahiş ediblər. Mən də həmin şəxslərə etirazımı bildirmişəm. Bundan sonra isə İlhamə özü mənə zəng edib üzürxahlıq edərək anasının ildönümünə dəvət edib. Lazım gələrsə kimin kimə zəng etdiyini mobil operatorlardan əldə etmək olar.

Daha sonra Zaur Baxşəliyev mənə canlı efirdə iştiraka dəvət etsə də mən, məlum səbəblərdən dünən gedən verilişdə tşğtrakdan imtina etdim. Ancaq Zaura bldirdim ki, əgər İlhamə canlı efir vasitəsilə məndən üzr istəsə onun günahlarını bağışlayaram. İndi də başa düşürəm ki, düz eləmişəm ki, həmin verilişdə iştirak etməmişəm. Çünki orada baş verənlərə, İlhamənin dəfələrlə həm fikrini dəyişməsinə, işlətdiyi jarqon ifadələrə, Ağa Cəbrayıl kimi bir sənətkarın və şəxsiyyətin sözünü kobudcasına kəsməsi, aparıcının qeyri səmimiliyinə dözmək asan məsələ deyil.

Bundan başqa, həm İlhamənin, həm də onun vəkilinin (bu xüsusilə vəkil üçün acınacaqlı və gülüncdür) mənim şəxsi həyatıma növbəti dəfə müdaxilə etmələri də bağışlanmazdır. Aparıcı isə hər vasitələrlə bunlara şərait yaratmaqla öz əsl simasını göstərdi.

Hesab edirəm ki, bu cür hallar nə bizlərə, nə kütləvi informasiya vasitələrinə, nə də ümumiyyətlə xalqımıza və dövlətimizə baş ucalığı gətirmir və hamını əmin edirəm ki, günahkar şəxslərin hər biri öz layiq olduqlarına çatacaqlar".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.