Şou-biznes

İlhamə Quliyeva: "Onu bağışlamayacağam"

21 Mart 2013 10:29
0 Şərh     Baxış: 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Day.Az-a istinadən bildirir ki, ATV telekanalındakı "Ümid var" proqramında İlhamə Quliyeva deyib: "Nazpəri Dostəliyeva dəfələrlə Tolikə və mənim mətbuat katibimə zəng vuraraq münasibətləri qaydaya salmaq istəyirdi. İlk addımı mən yox, o atdı. Əvvəlcə Novruz bayramı münasibətilə onu bağışlamaq, hər şeyi unutmaq, məhkəməyə ünvanladığım şikayəti geri götürmək istəyirdim.

Üstəlik, bu yaxınlarda oğlumun toyudur və vaxtımı məhkəmələrə sərf etmək istəmirdim. O, çox iş görüb və buna görə də cəzasını almalıdır. Fəqət, xeyirxahlıq etmək istədim. O isə anlamadı. Bu səbəbdən də layiq olduğu cəzanı almalıdır.

Kimsə mənim ünvanıma nə isə demək, titullarımla bağlı nə isə söyləmək hüququna malik deyil. Fikrimi dəyişmişəm, sonadək gedəcəyəm. O, böyük cəza alacaq. Məhkəmə davam edəcək", - İlhamə Quliyeva deyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.