Şou-biznes

Azərbaycanlı müğənni 25 yaşında özündən böyük hədiyyə aldı - FOTO

19 Mart 2013 17:57
0 Şərh     Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, gənc və iddialı müğənni Zarina Məmmədova dünən 25 yaşına qədəm qoyub. Ən xoş gününü qeyd etməkdən imtina edən ifaçı aldığı hədiyyələrdən danışıb:
"Bir çox dəyərli hədiyyələr aldım, zinət əşyaları, ətirlər, ancaq ən çox yadda qalan yaxın rəfiqəmin verdiyi yumşaq oyuncaq oldu. Oyuncaq özümdən belə böyükdür.

Onu hara qoyacağımı bilmirəm. Avtomobilin arxa oturacağını bütünlüklə tutmuşdu. Mən uşaqlıqdan yumşaq oyuncaqları sevirəm.

Böyüdüm, yenə də sevməyə davam edirəm. Bütün diqqət göstərən dostlarıma təşəkkür edirəm. Xalqımızı isə bayram münasibəti ilə təbrik edirəm".

Onu da qeyd edək ki, Zarina dostlarının hədiyyələri ilə yanaşı, özü də özünü təbrik edib: "Növbəti mahnımı lentə aldırdım. "Həyat səhnə" adlanır. Musiqisi Pərviz Mahmudovun sözləri isə Leyli İsrafilovanındır.

Bahar fəslinə uyğun mahnıdır. Əminəm ki, tamaşaçılar da çox bəyənəcək. Bu mahnı ilə bağlı bir çox planlarım var".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.











Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.