Şou-biznes

Azərbaycanlı müğənni ilk dəfə, ailəsi ilə... - FOTOSESSİYA

19 Mart 2013 16:27
0 Şərh     Baxış: 6 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, inzibati binası Xaçmazda yerləşən Regional TV-nin ən baxımlı
gecə şousu "Azərkeş"in ötən gün yayımlanan buraxılışının qonağı istedadlı müğənnilərimizdən biri, Mədəniyyət və İncəsənət Universitetində fəaliyyətini müəllimə kimi davam etdirən Leyla İdrisova oldu.

Maraqlı söhbətlərdən bol olan 90 dəqiqə ərzində aparıcı Azər Süleymanlının istəyi ilə Leylanın həyat yoldaşı Sahib və yaşyarımlıq oğlu Bəyazid də canlı yayıma dəvət olundu.

Müğənni şəxsi həyatına müdaxilənin tərəfdarı olmasa da, xoşbəxtliyinin məmnunluğunu bu sözlərlə dilə gətirdi: "Hər zaman Allah-Təalaya şükr edirəm ki, mənə bu cür ailə nəsib edib. Bütünləşmiş xoşbəxtlik yaşayıram. Həyat yoldaşım, canım qədər əziz olan oğlumun yanında olmaqdan gözəl nə ola bilər?

Yaşadığım hisslər sözlərlə ifadə olunmayacaq qədərdir. Sevinirəm həm də ona görə ki, zamanında, şöhrət yolunda irəlilədiyim dönəmdə səhnəni yox, ailə qurmağı seçdim.

Bütün qızlarımıza bu sevincimdən pay düşsün istəyirəm".

Maraqlı olacağını nəzərə alıb mehriban ailənin fotolarını sizə təqdim edirik.

Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinlərinin və qonşu Dağıstan Respublikasının əhalisinin seyr etdiyi "Azərkeş" gecə şousu artıq hər həftənin bazar günü, saat 22:00-da canlı, videoyazı ilə isə çərşənbə axşamları, 11:30-da yayımlanır.

Süleymanlının adı ilə bağlı olan verilişi internetdən izləmək istəyənlər RTV-nin internet saytına daxil olaraq "Canlı izlə" bölümünü klikləyə bilərlər.

RTV-nin yayım tezliyi Azərbaycanın 75 faizini əhatə edir. Belə ki, verilişləri paytaxt sakinləri ilə yanaşı, Gəncə, Naxçıvan şəhərlərində yaşayan tamaşaçılar da izləmək imkanı qazanıblar.

"Azərkeş"in informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Şahin Cavadsoy
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





























































Fotolar: Həsən Arazov
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.