Şou-biznes

Azərbaycanlı müğənni İlaxır çərşənbəni Moskva azərbaycanlıları ilə qeyd etdi

20 Mart 2013 10:10
0 Şərh     Baxış: 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Yenises.ru-ya istinadən xəbər verir ki, azərbaycanlılara məxsus "Orxideya M" restoranında "Şəhriyar" Mədəni-ədəbi məclisinin Novruz münasibətilə keçirdiyi şənlikdə çıxış edən müğənni soydaşlarımızı xalq və öz repertuarından olan mahnılardan ibarət musiqi çələngi ilə təbrik etdi.

Azərbaycandan isti salamlar gətirdiyini söyləyən müğənni Moskvadakı bütün Azərbaycan diasporaları nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış etdiyindən şərəf duyduğunu söylədi.

Ulu adət-ənənələrimizi yaşadan və milli bayramımız Novruzun gəlişini birlikdə qeyd edən azərbaycanlıları təbrik edən tanınmış müğənni Elza Seyidcahan gecəyə xüsusi hərarət və canlılıq gətirdi, salondakılarla birgə mahnı oxuyub, qol götürüb oynadı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.