Şou-biznes

Namiq Qaraçuxurluya 4 qəbirdən 6 ağır zərbə - VİDEO

14 Mart 2013 16:28
0 Şərh     Baxış: 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az xəbər verir ki, ötən gün Lider TV də yayımlanan "Pərdə" verilişində meyxanaçı Namiq Qaraçuxurlu mütəmadi olaraq ona cadu edildiyini etiraf edib.
Diqqətinizə çatdıraq ki, aylar öncə Namiq "Pərdə"nin ""Tet-A-Tet" rubrikasında qonaq olarkən verilişin əməkdaşları tanınmış öncəgörücü Yeganə Zeynalovadan Qaraçuxurlu ilə bağlı proqnoz verməsini istəmişdilər.
Yeganə xanım Namiqin üzərində ağır bəd duaların olmasını təsdiqləmişdi.

Milli.Az-ın müxbiri dünən yayımlanan süjetlə bağlı yenidən öncəgörücünün münasibətini öyrənib: "Namiqin arzularına çatmasına mane olurlar. Tamaşaçılar da gördülər ki, çəkiliş zamanı onun avtomobili açara düşdü, hamısı bəd duaların nəticəsidir.

Məsləhət görmüşdüm, yenə də deyirəm ki, idarə etdiyi maşını dəyişsə, yaxşıdır. Onun üzərində ümumilikdə 6 ağır cadu var. Biri avtomobilindədir, biri yaşadığı binanın qarşısında, qalan 4-ü də qohum-əqrəbasının məzarı olan qəbiristanlıqda.

4 qəbir görürəm, 2 qadın, 1 kişi və uşaq qəbirində onun arzularına çatmaması naminə cadular basdırılıb. Mənə yox, cadu çıxaranlara müraciət etsin. Nə qədər gec deyil bu tilsimləri özündən təmizləsin. Xeyir qazanacaq, əmin olsun".

Mövzu sizə daha aydın olsun deyə, Namiq Qaraçuxurlunun sözügedən proqramda yayımlanan süjetlərini eyni linkdə sizə təqdim edirik.

Şahin Cavadsoy
Milli.Az




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.